Ronaldo ilə Mourinyo “Qızıl top” mükafatını boykot etdilər
06.01.2012 - 15:07
Madrid “Real”ın baş məşqçisi Joze Mourinyo ilə futbolçusu Kriştianu Ronaldo “Qızıl top-2011” mükafatının təqdimetmə mərasiminə qatılmayacaqlar. Apasport.az saytının məlumatına görə, onlar yanvarın 9-da İsveçrədə ötən ilin ən yaxşılarının mükafatlandırılmağı mərasiminə qatılmamağı qərara alıblar. Portuqaliyalılar bunu yanvarın 11-də İspaniya kubokunda “Malaqa” ilə səfərdəki cavab oyununa daha yaxşı hazırlaşmaq üçün ediblər. “Real” evdəki matçda 3:2 hesabı ilə qalib gəlib.
Gələn həftənin ilk günündə dünyanın həm ən yaxşı futbolçusuna, həm də ən yaxşı məşqçinə nüfuzlu mükafat veriləcək. Həm Ronaldo, həm də Mourinyo buna iddialıdırlar. Kriştianunun rəqibləri “Barselona”lılar - ispan yarımmüdafiəçi Xavi Ernandeslə argentinalı hücumçu Lionel Messidir. Mourinyo isə “Barselona”nın ispan çalışdırıcısı Xosep Qvardiola ilə “Mançester Yunayted”in şotland baş məşqçisi Aleks Ferqyussona rəqibdir .
Qaliblərin “Barselona”nın üzvləri olacağı daha real sayıldığından, görünür, “Real”lılar əzəli rəqibinin uğurunun canlı şahidi olmaq istəmədiklərindən, tədbiri boykot ediblər. Ancaq digər tərəfdən, Ronaldo və Mourinyo mükafatı qazanarsa, onu almağa gəlməməkləri hörmətsizlik sayılacaq.

0
0