Uğur Pamuk rəsmi müqaviləyə imza atdı - FOTO
06.01.2012 - 15:38
Uğur Pamuk rəsmi müqaviləyə imza atdı - FOTO
“Sumqayıt” növbəti transferini rəsmiləşdirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Almaniyanın “TUS Dornberq” komandasında forma geyinmiş, Azərbaycan əsilli Uğur Pamukla razılıq əldə edilib. Onunla 1,5 illik müqaviləyə imza atılıb.

Qeyd edək ki, 22 yaşlı Uğur “TUS Dornberq” klubunun heyətində cari mövsümdə 16 qarşılaşmada rəqib qapılarından 1 top keçirib.