Əsgər Abdullayev: Bu, düzəlməsə, mən də öz sözümü deyəcəyəm
06.01.2012 - 15:47
“İndi Gürcüstandan qayıdıram. Buna baxmayaraq, hələlik heç nə məlum deyil”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan” klubunun baş məşqçisi Əsgər Abdullayev deyib.
Yayda Tovuz təmsilçisinin baş məşqçisi təyin edildikdən sonra heyəti xeyli gücləndirən Abdullayev sonradan xoşagəlməz sürprizlə qarşılaşdı. Klub rəhbərliyi maliyyə problemi yarandığını və bu səbəbdən futbolçulara maaş verə bilmədiyini açıqladı.
Bunu əsas gətirən bəzi futbolçular qış fasiləsindən öncə komandanı tərk etməli oldular. Buna görə də gənc futbolçularla işləməli olan Abdullayev “Turan”ı sonuncu pilləyə yuvarlanmaqdan qoruya bilmədi. Fasilədə ciddi dəyişikliklər etmək istəyən baş məşqçi bunun üçün prezidentlə görüşməyi vacib sayır: “İndi ətraflı nə isə deyə bilmərəm. Öncə klubun prezidenti ilə görüşməliyəm. Bayramdan əvvəl görüşməyimiz mümkün olmadı. Planlara da bundan sonra aydınlıq gətiriləcək”.
Klub prezidenti ilə görüş zamanı maliyyə durumunun hansı vəziyyətdə olmasına aydınlıq gətirməyə çalışacağını deyən Abdullayev planların da bunun əsasında hazırlanacağını vurğulayıb: “Əsas sütun maliyyənin üzərində qurulub. Bu, düzəlməsə, mən də öz sözümü deyəcəm”.
Abdullayev dekabrın 27-də Sxinvali “Spartak”ı ilə Tovuzda keçirilən yoldaşlıq oyununda bəyəndiyi futbolçuları sərəncamında görmək üçün rəhbərliyin razılığını almağa çalışacaq: “Onların adları plana daxil edilib. Tək onlar yox, bir neçə futbolçu ilə güclənməliyik. Bu istiqamətdə işlər gedir”.
Komandadan göndəriləcək futbolçulara gəldikdə, o, heç kimlə yollarını ayırmadıqlarını deyib: “Heç kimi göndərməmişik. Futbolçuların hamısı qalıb. Hazırlığa başlayanda onlar məşqlərə qatılacaqlar”.

0
0