Yalnız kapitan cəsarətli çıxdı
06.01.2012 - 17:19
“Komandadan hələlik xəbər yoxdur. Futbolçular bir tərəfə çəkilib, xəbər gözləyirlər”. Bu sözləri apasport.az saytına açıqlamasında “Kəpəz” klubunun müdafiəçisi Azər Məmmədov deyib.
Cari mövsüm qarşısına ilk “altılığ”a düşmək məqsədi qoysa da, uğursuz oyunları ilə yadda qalan Gəncə təmsilçisi çempionatda iştirakını dayandırmaqla bağlı PFL-ə məktub yollamışdı.
Rəhbərlik bunun səbəbini sponsorların geri çəkilməsi ilə əlaqələndirirdi. Maraqlıdır ki, həmin qərardan əvvəl jurnalistlərin bütün zənglərinə ilk çağırışdaca cavab verən həm klub prezidenti Elmir Əliyev, həm də baş məşqçi təyin edilən Fuad İsmayılov əksər futbolçular kimi susmağı üstün tutublar.
Yalnız kapitan bildiklərini çatdırmağa özündə cəsarət güc tapır. Onun sözlərinə görə, klub ən azı mövsümün sonuna qədər çıxışını davam etdirəcək: “Şəhərdə söz-söhbət gəzir ki, “Kəpəz” dağılmayacaq. Ən azı maya qədər fəaliyyət göstərəcək .Yerli uşaqlara ayın 10-11-də, legionerlərə isə 10-da Gəncədə olmağı tapşırıblar. Əcnəbilərə “gəlin deyiblərsə”, bunu boş yerə söyləməzlər”.
Klub rəhbərliyi ilə görüşə bilməyən Məmmədov baş məşqçi Fuad İsmayılovla dekabrın sonlarında söhbət etdiklərini deyib: “Fuad müəllim də heç nə bilmədiyini dedi. O da bizim kimi xəbər gözləyir”.
Maraqlıdır, fəaliyyətini dayandırdığını rəsmi şəkildə elan edən klub rəhbərliyi müqaviləsi olan futbolçulara azad agent statusu veribmi? Sualımıza kapitan belə cavab verdi: “Bu haqda bizə heç nə deməyiblər. Bildiyim qədəri ilə heç kimə azad agent statusu verilməyib. Konkret özümə gəldikdə, yaş o yaş deyil ki, özümə komanda axtarım. Kiminsə təklif göndərəcəyinə də inanmıram. Qismət olsa, oynayarıq, olmasa, karyeramızı bitirəcəyik”.

0
0