Bakının rəqibi devizini açıqlamağa hazırlaşır
06.01.2012 - 17:26
2020-ci il Yay Olimpiya Oyunlarına namizəd şəhərlər arasında Bakının rəqibi Romanın devizi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Roma-2020: Dəyərlər və fikirlər” devizi xüsusi təşkil olunacaq tədbirdə təqdim olunacaq. Həmin mərasim yanvarın 12-də Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
2020-ci ildə keçiriləcək Olimpiadaya emblemin də rəsmən təqdim ediləcəyi tədbirdə İtaliya Olimpiya Komitəsinin əlaqələndiricisi Franko Karraro və digər rəsmilər iştirak edəcəklər. Burada həmçinin, proqramlarında yer alacaq Olimpiya stadionu və kəndi ilə yanaşı, digər vacib amillər də müzakirə mövzusu olacaq.
Qeyd edək ki, Bakı-2020-nin Təşkilat Komitəsi artıq devizi və emblemi təqdim edib. Paytaxtımızın devizi “Biz birlikdə bacarırıq”dır.

0
0