Qurban Qurbanov Barselonaya səfər proqramını açıqladı
06.01.2012 - 20:30
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İspaniyaya yollanacaq. 40 yaşlı çalışdırıcı apasport.az saytına açıqlamasında “Barselona”nın düşərgəsinə yanvarın 10-da gedəcəyini bildirib.
Bir müddət öncə Dortmund “Borussiya”sının düşərgəsində olan Qurbanov indi təcrübə keçmək növbəti imkanı qazanıb. Özü də bu dəfə həmin praktika hazırda nəinki Avropanın, dünyanın ən güclü klubunda olacaq.
Əslində, səfəri yeni ildən sonraya saxlamaq istəməyən “Qarabağ”ın çalışdırıcısı dekabrın axırında getmək istəyirdi. Ancaq səfərin indiyə qalmağı planlarda edilən dəyişikliklə bağlı olub: “Planlar üst-üstə düşmədi. Bizim oyunlar olanda “Barselona”nın matçları olmadı. Onlarda oyunlar olanda, bizdə fasilə idi. İspaniyada yanvarın 10-17-i aralığında olacağam. Razılaşmaya görə, 1 gün əsas komandanın düşərgəsində yer alacağam. Orada ispan həmkarım Xosep Qvardiolanın məşqlərini izləyəcəyəm. Sonra 2 gün “Barselona”nın əvəzediciləri, 2 gün 19 yaşlılardan ibarət komandasının hazırlığında iştirak edəcəyəm. Belə bir proqram qurublar”.
Qurbanovun “Barsa”nın yanvarın 15-də “Betis”lə çempionatdakı ev oyununu “Nou Kamp” stadionundan izləyəcəyi gözlənilir. O, İspaniyaya səfəri ilə əlaqədar “Qarabağ”ın hazırlığına bir qədər gec qoşulacaq: “Komandamız yanvarın 10-da Bakıda yığışıb, hazırlıq keçəndən 5 gün sonra Türkiyəyə təlim-məşq toplanışına yollanacaq. Mən 17-də Barselonadan birbaşa Antalyaya yollanacağam. Yoxlama oyunlarımızdakı rəqiblərdən 2-si məlumdur. Belə ki, yanvarın 21-də Qazaxıstanın “Taraz”, 25-də Avstriyanın “Rid” klubu ilə oynayacağıq. Antalyada 5 oyun planlaşdırmışıq. Digər rəqiblərlə danışıqlar gedir”.
Qeyd edək ki, “Qarabağ” Türkiyə hazırlığını fevralın 4-də bitirib, Bakıya qayıdacaq.
Mehman SÜLEYMANOV

0
0