Fərid Mansurov: Kamran Ağayevin nə çəkdiyini ancaq mən bilirəm
07.01.2012 - 00:09
Fərid Mansurov: Kamran Ağayevin nə çəkdiyini ancaq mən bilirəm
“Mənim futbolla o qədər də aram yoxdur. Heç stadiona gedib, oyunlara da baxmıram. Əvəzində başqa idman növlərinə maraq göstərirəm. Sadəcə, hərdənbir “Neftçi”nin çıxışı ilə maraqlanıram”. Bu sözləri apasport.az saytına açıqlamasında yunan-Roma güləşi üzrə Olimpiya və dünya çempionu Fərid Mansurov deyib.

Hazırda Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti postunda çalışan Mansurov bildirib ki, çox az futbolçu ilə şəxsi tanışlığı var: “Milli komandamızın qapıçısı Kamran Ağayevi tanıyıram. Onunla görüşüb söhbət də etmişik. Belində zədə olanda məndən məsləhət alıb. Biz ikimiz də təqribən eyni zədədən əziyyət çəkdiyimizə görə, özünün dediyi kimi onun nə çəkdiyini ancaq mən bilirdim”.

Qeyd edək ki, belindən əməliyyat olunduqdan sonra idmana qayıdan Fərid Mansurov iki dəfə dünya çempionu olub. O, böyük idmanla artıq vidalaşsa da, Kamran Ağayev hələ də çıxışını davam etdirir.