İkinci hissə başladı...
07.01.2012 - 00:11
İkinci hissə başladı...
Tofiq Bəhramov adına Respublika stadionunda tikinti və yenidənqurma işlərinin ikinci hissəsinə start verilib. Apasport.az saytının məlumatına görə, ötən ilin noyabr ayından təmirə bağlanan arenada söküntü işlərinə demək olar son qoyulub. Yalnız götürülməsi nəzərdə tutulan projektorlar yerində qalıb ki, bu da işlərin gecə də həyata keçirilməsi ilə bağlıdır.

Söküntü işlərinin böyük hissəsi başa çatdıqdan sonra artıq tikinti işləri başlanıb. Belə ki, tribunaların üstlərinin bağlanması işinə start verilib.

Qeyd edək ki, arena bu ilin aprel-may ayına qədər hazır olmalıdır. Belə ki, ölkəmizdə keçiriləcək FİFA U-17 qadınlar dünya çempionatının açılışı və oyunlarının bir qismi məhz mərkəzi arenada reallaşacaq.