“Bakı” “AZ Alkmaar”la qarşılaşa bilər
07.01.2012 - 00:06
“Bakı” “AZ Alkmaar”la qarşılaşa bilər
Qış fasiləsində Türkiyəyə yola düşəcək “Bakı” Antalyada bir neçə yoldaşlıq görüşü keçirməyə planlaşdırır. Apasport.az saytının məlumatına görə, Bələk bölgəsində məskunlaşacaq “zolaqlılar”ın rəqiblərindən birinə aydınlıq gəlib.
Hollandiya mətbuatının yazdığına inansaq, təmsilçimiz yanvarın 14-də Hollandiyanın aparıcı klublarından olan "AZ Alkmaar"la qarşılacaq.

Lakin "Bakı" hələlik bu barədə rəsmi razılıq əldə olunmadığını bildirib. Bununla belə, Hollandiya təmsilçisi ilə danışıqların getdiyi də istisna olunmayıb.