AFFA-nın dəvət göndərdiyi futbolçu Rusiya yığmasında
07.01.2012 - 00:38
AFFA-nın dəvət göndərdiyi futbolçu Rusiya yığmasında
Moskva "Spartak"ının azərbaycanlı futbolçusu Emin Mahmudov Rusiyanın U-21 milli komandasına dəvət alıb. Apasport.az saytının xəbərinə görə, futbolçunun Rusiyanın gənclərdən ibarət millisinin heyətində Sankt-Peterburq şəhərində keçiriləcək "Birlik kuboku" yarışında iştirakı gözlənilir.

Mahmudov AFFA-dan əsas millimizə dəvət alsa da, hələlik buna cavab verməyib.

Xatırladaq ki, "Spartak"ın əsas heyətdə yerini mohkəmləndirə bilməyən Mahmudovu qış transfer fasiləsində başqa kluba icarəyə verəcəyi gözlənilirdi.