Lionel Messi: Karyeramı yalnız “Barselona”da keçirmək istəyirəm!
07.01.2012 - 10:49
Son 2 ildə dünyanın ən yaxşı futbolçusu seçilən Lionel Messi gələcək karyerası haqda danışıb. Apasport.az saytının məlumatına görə, 25 yaşlı argentinalı hücumçu bütün karyerasını yetirməsi olduğu “Barselona”da keçirmək istədiyini bəyan edib. Messi özünü “Barsa”nın əzəli rəqibi olan Madrid “Real”ının formasında görmədiyini açıqlayıb: “Mən dünyanın ən yaxşı komandasında oynayıram. “Barselona”da aldığım həmin sevinci mənə bəxş edən heç bir komanda yoxdur. Burada məndən yorulmayana kimi oynamağa ümid edirəm”.
Qeyd edək ki, “Barselona”da çoxsaylı titullar qazanan Messi dünyanın ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatını ardıcıl 3-cü il almağa əsas namizəddir.
Qeyd edək ki, “Barselona”da çoxsaylı titullar qazanan Messi dünyanın ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatını ardıcıl 3-cü il almağa əsas namizəddir.
0
0