Rəşad Sadıqovun keçmiş komanda yoldaşına qadağa
07.01.2012 - 11:54
Türkiyə Futbol Federasiyası (TFF) danışılmış oyunlarda iştirakda şübhəli olan 4 nəfər haqda yekun qərar çıxarıb. Apasport.az saytının məlumatına görə, TFF-nin Nizam-İntizam Komitəsi ötən ay həbsdən azad edilən Korcan Çəlikay, İsgəndər Alın, İbrahim Akın və Ümit Karanın futbol fəaliyyəti ilə məşğul olmalarına qadağa qoyub.
Araşdırmanı aparan hüquq müşavirliyi Futbol Nizam-İntizam Məcəlləsinin müvafiq maddələrinə uyğun 7 nəfərlə bağlı belə qərar çıxarılmağını tələb etmişdi. Ancaq onlardan 3-ü – “Beşiktaş”ın sabiq baş məşqçisi Tayfur Havutçu, habelə Sərdar Adalı və Əhməd Atəşin adı cəzalananların siyahısında yer almayıb.
Sözsüz ki, haqlarında qərar çıxarılanlardan daha çox Karan tanınır və onun “Qalatasaray”da uğurlu çıxışı hələ yaddaşlardan silinməyib. Millimizin kapitanı Rəşad Sadıqovla ötən mövsüm “Əskişəhərspor”la komanda yoldaşı olan 36 yaşlı hücumçu orada karyerasını bitirərək, idman direktoru təyin olunmuşdu. “Beşiktaş”da çıxışı ilə tanınan, yığmamıza qarşı oynamış hücumçu Akın yaxında “Qaziantepspor”la anlaşmış, İsgəndər keçmiş komandası “İstanbul Böyükşəhir Bələdiyyəspor”ya müqavilə imzalamışdı. Qapıçı olan Korcan isə ötən mövsüm şərəfini qoruduğu “Sivasspor”a qayıdaraq, məşqlərə başlamışdı.

0
0