Riera Araz Abdullayevlə oynamaq istəmədi
07.01.2012 - 12:31
Riera Araz Abdullayevlə oynamaq istəmədi
Azərbaycan yığmasının futbolçusu Araz Abdullayevin çıxış etdiyi Yunanıstanın “Panionis” klubu bir futbolçu ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, komandanın ispan hücumçusu Sito Riera karyerasını Ukraynada davam etdirəcək. 25 yaşlı futbolçu Odessa “Çernomorets”i ilə 3,5 illik müqavilə imzalayıb.

“Barselona”nın akademiyasının yetirməsi olan Riera 2008-ci ildən Yunanıstanda oynayırdı. O, 2009-cu ilin iyulundan çıxış etdiyi “Panionis”in heyətində Superliqada 52 matçda 7 qol vurub. Sito tanınmış ispan futbolçu, cari mövsümdən “Qalatasaray”da oynayan Albert Riearnın kiçik qardaşıdır.

Araz kimi sol cinah yarımmüdafiəçisi olan Albert Avropa çempionluğu qazandığı İspaniya yığmasının heyətində 2009-cu ilin iyununda Bakıya gələrək, milli komandamıza 6:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündə qapımızdan 4-cü qolu keçirib. Arazın hücumameylli futbolçu olduğu nəzərə alsaq, bu mövqedə oynayan legionerin gedişi əsas heyətə düşmək şansını artırır.

Qeyd edək ki, Abdullayev son transferi olduğu Yunanıstan klubunda 1 oyun keçirərək, 62-ci dəqiqədə meydana daxil olub.