“Neftçi”də 6 yeni futbolçu
07.01.2012 - 14:02
“Neftçi”nin əsas komandası kimi, əvəzediciləri də qış fasiləsi zamanı Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək. Apasport.az saytının məlumatına görə, Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan çempionatın lideri "Neftçi"nin hazırlıq prosesinin yanvarın 19-dan fevralın 3-dək keçirilməsi nəzərdə tutulub.
Əvəzedicilərin 6 üzvünün - Malik Babayev, Elşən Abdullayev, Kənan Manafov, Elnur Soltanlı, Əyyub Əliyev və Rəşad Əzizlinin təlim-məşq toplanışına əsas komanda ilə birgə qatılacağı dəqiqləşib. Əvəzində, baş məşqçisi Elşad Əhmədov heyətə "Neftçi" PFK-nın U-17 və U-16 komandalarından bir neçə istedadlı futbolçu cəlb edib.
Qeyd edək ki, əvəzedici komandanın hazırlıq posesi zamanı bir neçə yoxlama oyununun keçirilməsi də planlaşdırılır.

0
0