Cüneyt Biçər: 3-4 malili futbolçunu izləyirik
07.01.2012 - 14:12
“Bamakoda diqqət mərkəzimdə olan yerli futbolçulara baxırıq. Onları daha yaxından tanımaq, öz klublarında oyunlarını canlı izləmək üçün bura gəldik”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın baş məşqçisi Cüneyt Biçər deyib.
Türkiyəli çalışdırıcı komandanın rəisi Səməd Mustafayevlə birgə yanvarın 5-də Maliyə yollanıb.
Biçərin sözlərinə görə, təkcə Mali çempionatının oyunlarını izləmirlər: “Maraqlandığımız futbolçuların klublarındakı məşqlərini də izləmək şansımız oldu. 2 gündür məşqlərinə baxırıq. Onların baş məşqçiləri, klubları buna icazə verdi. Məşqlərini də izlədikdən sonra qərar verəcəyik. İstədiyimiz, düşündüyümüz, gözümüzlə gördüyümüz futbolçuları komandamıza cəlb etməyə çalışacağıq. Bu 3 gündə oyunları izləyib, yanvarın 10-da Azərbaycanda oynayacağıq”.
37 yaşlı baş məşqçi malili futbolçuların çıxış etdiyi mövqelər haqda bunları dedi: “Fərqli mövqelərdə oynayanlardır. Hücumda, orta sahədə, arxada oynayan da var. Bizim üçün futbolçunun mövqeyindən daha çox yararlı olmasıdır”.
Mehman SÜLEYMANOV

0
0