“Onları öncə komandaya gətirmək önəmlidir”
07.01.2012 - 16:30
“Xəzər Lənkəran” klubunun türkiyəli baş məşqçisi Cüneyt Biçərin apasport.az saytına müsahibəsi
- Maliyə səfəriniz diqqətçəkən oldu. Hazırda işləriniz necə gedir?
- Yaxşıdır. Malinin paytaxtı Bamakodayıq. Diqqət mərkəzimdə olan yerli futbolçulara baxırıq.
- Adətən Afrikaya Nigeriya və Kamerun kimi futbolçularla məşhur ölkələrə gedirlər. Maraqlıdır, niyə məhz Malini seçdiniz?
- Daha öncə beynəlxalq turnirdə izlədiyim 3-4 futbolçu vardı. Bunlar Mali klublarında oynayan, yığmaya da cəlb olunan futbolçular idi. Bu səbəbdən Malini seçdik. Düzdür, nəzərimdə Burkina-Fasodan da futbolçu vardı. Ancaq diqqətimizi daha çox malili futbolçular çəkdi. Onları daha yaxından tanımaq, klublarında oyunlarını canlı görmək istədik. Bu 3 gündə çempionatda 3-4 matçı izləyib, yanvarın 10-da Azərbaycana qayıdacağıq.
- Təkcə çempionat oyunlarını izləmək nəzərdə tutulub, yoxsa?
- Həmin futbolçuların klublarında məşqlərini də izləmək şansımız oldu. 2 gündür məşqlərinə baxırıq. Həmin malili futbolçuların baş məşqçiləri, klubları buna icazə verdi. Məşqlərini də izlədikdən sonra qərar verəcəyik. İstədiyimiz, düşündüyümüz, gözümüzlə gördüyümüz futbolçuları komandamıza cəlb etməyə çalışacağıq.
- Maraqlandığınız futbolçular hansı mövqelərdə oynayırlar?
- Fərqli mövqelərdə. Tək bir mövqedə deyil. Hücumda, orta sahədə, arxada oynayan da var. Bizim üçün futbolçunun mövqeyindən daha çox yararlığının nə dərəcədə olacağı önəmlidir. Bizə faydası olacaq futbolçu tapmaq vacibdir.
- Yəqin ki, gənc futbolçulardır...
- Bəli, onların çoxu paytaxtda oynayır. 20-21 yaşlılardır, ən böyüyünün 22 yaşı var. Ancaq ola bilər ki, bir matçı izləyərkən başqa futbolçu da diqqətimizi çəkə bilər. Əsas məqsədimiz futbolçunun gənc, istedadlı olmağıdır.
- Baş məşqçi kimi futbolçuları bəyəndikdən sonra klublarla transfer məsələlərində razılığa gəlməkdə problem yaranmayacaq ki?
- Bu planda böyük problemlərin olacağını düşünmürəm.
- Hər halda, Afrika bazarı ucuzdur və bu praktikadan maksimum istifadə etməyə çalışacaqsınız...
- Məqsədimiz ucuz futbolçudan daha çox yaxşı gələcəyi olanları tapmaqdır. Eyni zamanda, ucuz futbolçu tapmaq da doğru işdir. Bizim fəlsəfəmizdə 30-35 yaşlı futbolçuya çox pul verməkdənsə, 20 yaşlı futbolçuya eyni məbləği vermək daha düzgündür.
- Ancaq bir məsələ də var ki, afrikalı futbolçularla bağlı problem yaranır. Bu, əsasən sənədləşmə, viza məsələləri ilə bağlı olur. Elə “Xəzər Lənkəran” əvvəllər belə problemlərlə üzləşib...
- Əvvəlcə futbolçunu transfer edək, gedib-gəlməyi ilə bağlı problemi o zaman düşünərik. Onları öncə komandaya gətirmək önəmlidir.
- Maraqlıdır, Malidə Azərbaycan, “Xəzər Lənkəran” haqda nə bilirlər?
- (fikirləşir) Bununla bağlı nə fikirləşdikləri haqda heç nə soruşmadım.
Mehman SÜLEYMANOV

0
0