Vaqif Cavadov Moskvada müayinə olunub, Antalyaya yollandı
07.01.2012 - 16:06
Vaqif Cavadov Moskvada müayinə olunub, Antalyaya yollandı
Azərbaycanlı futbolçu Vaqif Cavadov oynadığı Rusiyanın “Volqa” klubunun heyətində Türkiyəyə gedib. Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi ilk təlim-məşq toplanışını keçirmək üçün bu gün Antalyaya yollanıb. Komanda bir araya gəldiyi Moskvada futbolçuları dərindən tibbi müayinədən keçdikdən sonra 28 oyunçu ilə səfərdə çıxıb. Onlar arasında bir neçə potensial yeni futbolçu, habelə icarədən qayıdan qapıçı Anton Koçenkov var.

“Volqa”nın baş məşqçisi Dmitri Çerışev bu müddətdə fiziki hərəkətlər yönündə böyük həcmli işlər görəcəklərini bildirib: “Futbolçular tədricən fiziki kondisiyalarını yığacaqlar. Bundan əlavə, yeni futbolçulara dərindən baxacağıq. Axı səhv etməyə haqqımız yoxdur”.

Antalyada 2 həftə “Ela quality” otelində qalacaq Cavadovun komandası 4 yoxlama oyunu keçirməyi planlaşdırır. İlk matç yanvarın 12-də Albaniya Superliqasının təmsilçisi “Teuta” ilə olacaq. Yanvarın 15-də Qazaxıstanın son çempionu “Şaxtyor”, 20-də Ukraynanın Premyer Liqa təmsilçisi “Zarya” ilə oyun keçiriləcək. Özü də Luqansk təmsilçisi ilə bir gündə 2 müxtəlif heyətlə 2 matç olacaq.