Premyer Liqamızın bombardiri Cənubi Koreya yığmasına qarşı
07.01.2012 - 17:52
Premyer Liqamızın bombardiri Bahodir Nasimov Cənubi Koreya yığmasına qarşı oynamaq imkanı qazanıb. Apasport.az saytının məlumatına görə, cari mövsümdə hesabında 11 qol olan 25 yaşlı hücumçunun üzvü olduğu Özbəkistan yığması fevralın 25-də dünya çempionatında 4-cü yeri tutan koreyalılarla yoldaşlıq görüşü keçirməyi razılaşdırıb. Özbəklər bununla əlaqədar Tailand yığması ilə fevralın 24-ə planlaşdırdığı yoxlama oyununu ləğv edib.
Qeyd edək ki, Özbəkistan və Cənubi Koreya yığmaları sonuncu dəfə ötən il Asiya Kubokunda görüşüb. Onda koreyalılar 3:2 hesabı ilə qalib gələrək, 3-cü yeri tutmuşdular.
Qeyd edək ki, Özbəkistan və Cənubi Koreya yığmaları sonuncu dəfə ötən il Asiya Kubokunda görüşüb. Onda koreyalılar 3:2 hesabı ilə qalib gələrək, 3-cü yeri tutmuşdular.
0
0