Millimizin debütantı fərəhlə danışdı
08.01.2012 - 00:31
"Bakı" klubunun 2 futbolçusu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına dəvət alıb. Apasport.az saytının xəbərinə görə, “zolaqlılar”ın üzvləri Rəhman Hacıyevlə Şəhriyar Əliyev 20-29 yanvar 2012-ci il tarixlərində Türkiyənin Antalya şəhərində seleksiya xarakterli təlim-məşq toplanışında iştirak edəcəklər.
Müdafiəçi Şəhriyar Əliyev Rəhman Hacıyevdən fərqli, ilk dəfədir milliyə çağırılır. Yığmaya dəvət alan futbolçular toplanışla bağlı fikirlərini bölüşüblər:
Şəhriyar Əliyev: "Milli komandaya ilk dəfədir ki, dəvət alıram. Orada həm Azərbaycanı, həm də “Bakı” klubunu təmsil edəcəyəm. Gənc futbolçulara şans verilməsi məni çox sevindiricidir. Fərəhlidir ki, mənə də bu şans verildi.
Qeyd edim ki, “Bakı”da milliyə layiqli futbolçular çoxdur. İstərdim ki, bir çox futbolçulara şans verib, yoxlasınlar. Mənə gəldikdə isə özümə inanıram və bu toplanışda özümü sübüt etməyə çalışacam".
Rəhman Hacıyev: "Milli komandanın Antalya toplanışı mənim olimpiya yığmasına ilk dəvətim deyil. Bundan əvvəl iki dəfə 21 yaşlılardan ibarət milli komandaya dəvət olunmuşam və 2 oyunda meydana əsas heyətdə çıxmışam. Bu toplanışda da özümü yaxşı tərəfdən göstərəcəyimə əminəm".

0
0