Yığmamız Litvaya uduzdu
08.01.2012 - 22:00
Yığmamız Litvaya uduzdu
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIV beynəlxalq turnirdə iştirak edən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, komandamız Litva ilə 9-12-ci yerlər uğrunda oyunda qarşılaşıb.

Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə litvalılar qalib gəlib - 7:6.

Qeyd edək ki, Litva doqquzuncu yer uğrunda matçda Yunanıstan, Azərbaycan isə 11-ci yer uğrunda görüşdə Latviya ilə qarşılaşacaq.

Azərbaycan - Litva -1:1 (Penaltilər seriyası, 5:6)

Millimizin start heyəti: 12. Rəşad Əzizov, 4. Elnur İsmayılov, 5. Samir Yusifov (k), 6. Fuad Bayramov, 7. Namiq Ələsgərov, 8. Ruslan Bədəlov, 17. Şamil Camaləddinov, 11. Orxan Əliyev, 16. Ruslan Nəsirli, 15. Murad Musayev, 19. Azər Salahlı