Türkiyə millisi Bakıya gətirəcəyi heyəti açıqadı
08.01.2012 - 12:12
Türkiyə millisi Bakıya gətirəcəyi heyəti açıqadı
Yanvarın 14-dən 16-dək paytaxtımızda V Bakı Beynəlxalq Futzal Turniri keçiriləcək. Apasport.az saytının xəbərinə görə, yarışda Azərbaycan, Ukrayna, Türkiyə və Özbəkistan milliləri mübarizə aparacaq.

Artıq Türkiyə yığması ölkəmizə gətirəcəyi 14 futzalçının adları açıqlanıb. “Ay-ulduzlular”ın heyətində Bakıya Hüseyin Ateş, Cihan Özcan, Kahan Özcan, Hüseyin Yıldız, Mustafa Huyuk, Altan Aksoy, Kenan Köşeoğlu, Yener Kılıç, Yasin Erdal, Mahmut Akbaş, Cem Keskin, Burak İşıkay, Şaban Maral və Sami Böyüktopaç forma geyinəcək.