Azərbaycan yığmasının qapıçısı Rusiya klubu ilə müqavilə bağladı
08.01.2012 - 13:08
Azərbaycan yığmasının qapıçısı Rusiya klubu ilə müqavilə bağladı
Azərbaycan futzal yığmasının və Naxçıvanın “Araz” klubunun qapıçısı Andrey Tveryankin karyerasını Rusiyada davam etdirəcək. Apasport.az saytının xəbərinə görə, onun yeni iş yeri Moskva təmsilçisi KPRF olacaq. Bu haqda komandanın baş məşqçisi Mixail Markin xəbər verib: “Biz son vaxtlar bu istiqamətdə çalışırdıq. Artıq Andreylə müqavilə bağlamışıq”.