“Etiraf edim ki, bəxtimiz gətirdi”
09.01.2012 - 00:02
Valentin Qranatkinin xatirə turnirində millimizi penaltilər seriyasında məğlub edən (6:5) Litva yığmasının baş məşqçisi Antanas Vinqilis oyunla bağlı fikirlərini bildirib. Apasport.az saytının xəbərinə görə, Vinqilis qarşılaşmada bəxtlərinin gətirdiyini bildirib: “Etiraf edim ki, bu oyunda bəxtimiz gətirdi. Vaxtında toparlandıq. Oyunun gedişində hesabda geri düşməyimizə baxmayaraq, emosiyalarımız gizlədərək bərabərlik əldə etdik və sonda lotereyada qələbə qazandıq. Yeri gəlmişkən, bu turnirə qədər keçirdiyimiz təlim-məşq toplanışlarında 11 metrlik zərbələr üzərində çalışmışdıq. Gördüyünüz kimi, işimizə yaradı”.
0
0