Vəli Qasımov: Peşəkar futbolçu penalti vurmağı bacarmalıdır
09.01.2012 - 00:03
“Məğlub olmağımıza baxmayaraq, turnirdəki ən yaxşı oyunumuzu keçirdik”. Apasport.az saytının xəbərinə görə, bunu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vəli Qasımov deyib.
Millimiz Valentin Qranatkinin xatirə turnirində Litvaya penaltilər seriyasına məğlub olub – 5:6. Bununla bağlı fikirlərini açıqlayan Qasımov qol epizodlarından yararlanmaqda çətinlik çəkdiklərinə təəssüflənib: “Amma çox sayda qol epizodu yarada bilməyimiz yaxşı haldır. Hesabda irəli çıxmışdıq, lakin azlıqda qaldıqdan sonra qol buraxdıq. Penalti seriyasına xüsusi hazırlaşmamışdıq. Ümumiyyətlə, düşünürəm ki, penalti vurmağı hər bir peşəkar futbolçu bacarmalıdır”.

0
0