Federasiya başçısı 8 saat dindirildi
09.01.2012 - 10:09
Federasiya başçısı 8 saat dindirildi
İsrail Futbol Federasiyasının prezidenti Avi Luzon istintaqa cəlb olunub. Apasport.az saytının məlumatına görə, DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandası ilə eyni qrupda yer alan israillilər qurum başçısının danışılmış oyunların təşkilindəki “xidmətlər”indən şübhələnir.

Luzon onun tapşırıqlarını yerinə yetirən hakimləri lazım olan oyunlara göndərib istədiyi nəticəni əldə etməkdə ittiham olunur. Xüsusilə də onun Petax-Tikva “Makkabi”sinə “sevgi”si olduğu bildirilir.

Federasiya başçısını 8 saat dindirən məhkəmə onu evə buraxıb. Lakin onun istintaq bitənədək tam azad olmadığı bildirilir. Luzon özü isə bütün ittihamları rədd edir.