Branimir Subaşiç: Həmin jurnalist eybəcərin biri imiş
09.01.2012 - 10:26
“Partizan”ın qapıçısı haqda yazılanları mən də mətbuatdan oxudum. Serbiyalı jurnalistlər bunu özləri uydurublar”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin və “Xəzər Lənkəran” klubunun futbolçusu Branimir Subaşiç deyib.
O, Belqrad “Partizan”ının qapıçısı Vladimir Stoykoviçin “Xəzər Lənkəran”a gətirilməsi haqda yazılanlara münasibət bildirib. 30 yaşlı hücumçu onun adından Serbiya mətbuatında yayılan fikirləri təkzib edib: “Mən belə bir şey deməmişəm. Heç vaxt deməzdim də. Bu, yalan və şayiədir. Ümumiyyətlə, heç kimi klub rəhbərliyinə məsləhət görməmişəm. Heç məndən bu haqda soruşan da olmayıb”.
Branimir Bakıdakı dostları ilə restoran açması haqda yazılan xəbəri təsdiqləyib: “Bunda pis bir şey görmürəm. Mən bunu jurnalistlə səmimi söhbətdə demişəm, yazmaq üçün yox. Amma gedib hamısını yazıb. Həmin jurnalist eybəcərin biri imiş”.

0
0