“Kəpəz”in legioneri 45-ci yerdə
09.01.2012 - 11:31
Ukraynanın “Dnepr” klubunun tarixinin ən yaxşı futbolçularının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu ölkədən olan həmkarlarımız zəngin tarixə malik komandanın 50 ən yaxşı oyunçusunu müəyyənləşdiriblər. Siyahıda karyerası Azərbaycanla bağlı olan futbolçu da yer alıb. Bu, 1985, 1987-91, 1998-ci illərdə “Dnepr”də 159 oyun keçirmiş Andrey Sidelnikovdur.
45 yaşlı futbol veteranı Dnepropetrovsk təmsilçisinin tarixində 45-ci oyunçu olub. Karyerasını hücumçu kimi başlayan. Sonradan yarımmüdafiəçi və müdafiəçi kimi də çıxış edən Andrey 1998/99 mövsümündə Azərbaycana üz tutub. O, 1999-cu ildə “Kəpəz”də 8 oyun keçirərək karyerasını 32 yaşında qazanılan Azərbaycan çempionu titulu ilə başa vurub.
Qeyd edək ki, SSRİ-nin əsas və gənclər yığmasında oynamış Sidelnikov Azərbaycan çempionluğu ilə yanaşı gənclər arasında Avropa çempionu, SSRİ çempionu və gümüş mükafatçısı SSRİ kubokunun, SSRİ Federasiya kubokunun və Mövsüm kubokunun qalibi olub. Bundan başqa Federasiya kubokunun finalçısı olan ukraynalı Cənubi Koreya çempionatının bürünc mükafatçısı adını da qazanıb.

0
0