Samir Ələkbərov: Avropaya çatmağımıza hələ çox var - MÜSAHİBƏ
09.01.2012 - 15:45
Vaxtilə Azərbaycanın ən güclü hücumçularından biri, 3 dəfə ölkənin ən yaxşı futbolçusu seçilmiş Samir Ələkbərovun apasport.az saytına müsahibəsi
- “Xəzər Lənkəran”dan ayrıldıqdan sonra bir müddət futboldan kənarda qaldınız. İndi isə Həvəskarlar Liqasında çalışırsınız. Ümumiyyətlə, özünüzü necə hiss edirsiniz?
- Çox yaxşı, hər şey qaydasındadır. Həvəskarlar Liqasında Bakını təmsil edən “Tərəqqi” klubunun təsisçilərindən olmaqla yanaşı, həm də baş məşqçisiyəm. Yenə də futboldayam, xidmətimi davam etdirirəm.
- Uzun illər “Neftçi”nin aparıcı futbolçusu olmusunuz. Hazırda futbol ictimaiyyətinin sizə qarşı münasibətindən razısınız?
- Qardaş, nə qədər ki, futbol oynayırsan, diqqət mərkəzindəsən, həmişə sənə hörmət edəcəklər. Elə ki, futbolu qurtardın, o zaman çəkiləcəksən kölgəyə, səninlə heç kim maraqlanmayacaq. Həyat belədir.
- Oxşar narazılıqları əksər veterandan eşitmişik. Sizcə, bu qanunauyğunluq təkcə Azərbaycanda belədir?
- Yox, bütün dünyada var.
- “Neftçi”nin əsas hücumçusu olmaqla yanaşı, sizə həmişə sürətli tərəf müqabili axtarılıb. Maraqlıdır, indiki futbolçularımızdan kimi bəyənirsiniz?
- Hazırkı vəziyyətdə ən yaxşı formada, gücdə olan Rauf Əliyevdir. O, milli komandaya dəvət almazdan öncə də demişdim ki, bu oğlan gələcəkdə yaxşı futbolçu olacaq. Bir az qol vurmaq qabiliyyətini də artırsa, o zaman daha effektli təsir göstərər.
- Əvvəlki illərlə müqayisədə indi məhsuldarlıq aşağıdır. Yəni, vaxtilə bombardirin aktivində 30-a yaxın qol olsa da, indi bu rəqəm 20-yə güclə çatır. Sizcə, bu geriləmənin əsas səbəbi nədir?
- Məhsuldarlıq aşağı olanda adətən deyirlər ki, çempionatda rəqabət artıb. Bununla müəyyən mənada razıyam. Çempionatda həqiqətən də komandalar arasında güclü rəqabət var. Amma bir şeyi də yaddan çıxarmaq olmaz ki, Azərbaycanda rəqibin cərimə meydançasında oynamağı bacaran hücumçu həqiqətən də yoxdur. Hansı ki, bu keyfiyyət hücumçu üçün əsl meyarlardan sayılır. Məsləhətim budur ki, hücumçular bunun üzərində bir qədər çox işləsinlər.
- Danışığınızdan belə başa düşdük ki, çempionatı yaxından izləyirsiniz...
- Oyunlara baxıram. Stadionlara az getsəm də, televiziya vasitəsilə izləyirəm.
- Premyer Liqada hansı üstün, hansı mənfi cəhətlər mövcuddur?
- Şəraitdə dəyişiklik var. Əvvəlki ilə müqayisədə yüksəliş görürəm. Bu, komandaların oyunlarına da sirayət etsə, sevinərik. İnkişaf var, amma bu, Azərbaycan səviyyəsindən yüksək deyil. Avropa klubları ilə ayaqlaşacaq gücdə deyilik.
- İddialı klublarımızda əcnəbi baş məşqçilər çalışır. Yerli mütəxəssislər həmin komandaları arxasınca aparmaq gücündə deyillər, yoxsa onlara inam yoxdur?
- Bizim ən böyük dərdimiz də məhz budur. Açıq danışaq. Əgər bu gün pul olmasa, o əcnəbilər bir dəqiqə də burada qalmazlar. Kim gəlir gəlsin, kim işləyir işləsin, biz eyni nəticələri qazanacağıq. Bir az geri qayıdım. Çox adam deyir ki, siz nə etmisiniz ki? Deyirlər ki, “Neftçi” ən yaxşı halda SSRİ çempionatında ilk “onluq” üçün oynayıb. Bu, böyük göstərici deyil. Onu deyən çox böyük səhv edir. Vəziyyəti bilənlər, çempionatın səviyyəsini görənlər bu fikirlə heç vaxt razı olmazlar. Çünki SSRİ çempionatı kiçik Avropa birinciliyi adlanırdı. Orada çıxış etmək hər bir futbolçunun işi deyildi.
- Siz indi ölkə xaricində kimi oynamağa hazır hesab edirsiniz?
- İndi əksər ölkələr arasında dostluq münasibətləri var. Yollar da açılıb, imkanlar da çoxalıb. Hazırda ölkəni tərk etmək, xaricdə oynamaq daha rahat və asandır. Sadəcə, bunu istəmək lazımdır. Mən də xaricə çıxmışam. O vaxt “Trabzonspor” məni birbaşa müqaviləyə dəvət etmişdi. Həmin komanda bu yolla sübut etmişdi ki, sənə ehtiyacım var, oynayacaqsan. Bu məsələdə bir şeyi başa düşə bilmirəm ki, futbolçunu baxışa dəvət edirlər. Bu, o deməkdir ki, sənə ehtiyacım yoxdur, sadəcə, ehtimal kimi dəvət edirəm. Mən belə keçidlərin əleyhinəyəm. O gün eşidirəm ki, Rauf Əliyevə dəvət gəlib, onu baxışa çağırırlar. Qardaş, bu milli komandada oynayırsa, neçə ildir sənin diqqətini cəlb edibsə, daha baxışa çağırmaq nəyə lazımdır? Bilin, birbaşa müqaviləyə imza atmağa gedən futbolçu mütəmadi çıxış edəcək.
- Sizlə birgə Azərbaycanın qızıl nəsli sayılan Nazim Süleymanov, Vəli Qasımov, Yunis Hüseynov, Ramiz Məmmədov, Şahin Diniyev hazırda futbolumuzun elitar klublarında deyillər. Buna necə izah verə bilərdiniz?
- İşləyənlər var. Amma bu faktdır ki, yaxşı futbol oynamış bir şəxsdən heç də böyük məşqçi çıxa bilməz. Bir məsələni də deyim ki, bizim Avropa səviyyəli məşqçi pilləsinə çatmağımıza çox var. Deyərdim ki, biz çox şeyi bilmirik. Futbol təkcə topun arxasınca qaçmaq deyil. Bizim Avropaya çatmağımıza hələ çox var.
- “Neftçi”də futbol oynamaqla yanaşı, həm də köməkçi məşqçi kimi çalışmısınız. Yaxınlarda analoji dəvət olubmu?
- Yox. Dəvət yoxdursa, deməli, mənə ehtiyac görmürlər.
- Hazırda çalışdığınız “Tərəqqi” klubunun məqsədi nədir?
- Futbol oynamaq. İnşallah, pillə-pillə irəliləmək istəyirik. Bu klubun yaradıcısı Xasay müəllimdir. Hazırda ölkə xaricində olan bu şəxs işləri mənə və vitse-prezident Fazil Abbasova həvalə edib.

0
0