“Neftçi” planlarını açıqladı
09.01.2012 - 15:54
“Neftçi” klubunun qış fasiləsindəki hazırlıq planları rəsmən açıqlanıb. Apasport.az-ın məlumatına görə, çempionatın lideri yanvarın 11-dən fevralın 4-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək.
Premyer Liqanın qarşıdakı oyunlarına hazırlıq məqsədilə "Neftçi" "Mardan" otelində məskunlaşacaq. Yanvarın 11-də qonşu ölkəyə yola düşəcək komanda elə həmin gün otelin meydançasında məşq edəcək. Məşqin Bakı vaxtı ilə saat 18:00-da başlanması nəzərdə tutulub.
İki mərhələdən ibarət olacaq hazırlıq prosesinin ilk mərhələsi əsasən fiziki məşqlərə həsr olunacaq. Həmin dönəmdə 2-3 yoxlama matçının keçirilməsi də planlaşdırılıb. Təlim-məşq toplanışının ikinci mərhələsində isə bakılılar yanvarın 28-dən fevralın 3-dək keçiriləcək Çeçenistanın ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcək.
Qeyd edək ki, "Neftçi" fevralın 4-də Bakıya qayıdacaq.

0
0