“Ölkənizdəki karyeramı belə bitirmək istəməzdim”
09.01.2012 - 17:59
“Bakı”nın yollarını ayırdığı milli komandamızın braziliyalı sabiq futbolçusu Fabio Luis Ramimin apasport.az saytına müsahibəsi
- Komandanızın vidalaşdığı futbolçular arasında sizin də adınız var. Bu, xəbəri necə qarşıladınız?
- Normal. Bu, baş məşqçi Aleksandr Starkovun qərarıdır. Ona lazım olmayan futbolçuların siyahısını rəhbərliyə təqdim edib və gedişim daha məqsədəuyğun sayılıb.
- Siz həm də milliləşdirilən futbolçusunuz. Bu mənada Starkovun xidmətinizdə maraqlı olmamağı sizin üçün gözlənilməz olmadı?
- Baş məşqçinin, rəhbərliyin qərarına hörmətlə yanaşıram. Heyəti baş məşqçi müəyyənləşdirir. O qərar verir ki, kimi saxlasın, kimi göndərsin. Son vaxtlar çox oynamırdımsa, niyə narazı qalmalıyam ki?
- Deməli, Starkovdan incikliyiniz yoxdur...
- Yox. O, son vaxtlar komandaya kömək edə bilmədiyinə görə xidmətimdə maraqlı olmadı. Bunda isə problem özümlə yox, zədəmlə bağlı idi. Hər halda, mən də belə olmasını, uzun müddət zədədən əziyyət çəkməyimi istəməzdim.
- 2008-ci ilin yayından çıxış etdiyiniz “Bakı” karyeranızda hansı iz buraxdı?
- Çox yaxşı. Bu komandada 4 ilə yaxın oynadım, gözəl günlər keçirdim. Debüt mövsümündə çempionluq qazandım, ardından ölkə kubokunun qalibi oldum. Azərbaycandakı karyeramda hər 2 titulu məhz “Bakı” ilə qazanmışam. Çempionlar Liqasında, Avroliqada oynadım. Bütün bunları xoş xatirə kimi yada salıram.
- Karyeranızı harada davam etdirmək fikrindəsiniz?
- Yeni komanda tapmalıyam. Yəqin ki, həftəsonuna kimi bəlli olar.
- Variant var?
- Hələ yox. Karyeramı harada davam etdirəcəyimlə bağlı indi bir şey deyə bilmərəm. Çünki bu işlərlə agentim məşğul olur. Dəqiq bir şey olanda da mətbuata açıqlayacağam. Hazırda fərdi məşqlər edirəm. Çalışıram ki, formamı saxlayım.
- Zədənizlə bağlı vəziyyətin necədir?
- Artıq yaxşıyam, tam müalicə olundum.
- Bildiyimizə görə, Yeni ilə qədər Türkiyəyə yollanmışdınız...
- Bəli, “Bakı” məni İstanbula yollamışdı. Klubun “Acıbadem” klinikası ilə əməkdaşlığı var və bunun əsasında ora getdim.
- Probleminiz nə idi?
- Dizimdə problem vardı. Bu, elə də ciddi deyildi. Orada tam müayinə olundum. Mənə 15-20 günlük reabilitasiya proqramı yazdılar və buna əsasən bərpa dövrü keçirəm. İnanıram ki, bundan sonra yaxşı vəziyyətdə olacağam.
- “Bakı” ilə müqaviləniz var...
- Bəli, cari mövsümün sonuna kimi. Anlaşmaya görə, mayın sonuna kimi “Bakı”nın futbolçusuyam.
- “Bakı”nın vitse-prezidenti Zeynal Məmmədov saytımıza müqavilələri olmasına baxmayaraq, komandadan ayrılan futbolçularla ortaq məxrəcə gələcəklərini bildirib.
- “Bakı” rəhbərliyi ilə yaxşı münasibətlərim var. Zeynal müəllim çox yaxşı insandır, ona böyük hörmətim var. Həm Məmmədovla, həm də Starkovla görüşüb, gələcək taleyimlə bağlı söhbətləşdim. Mənə yeni komanda tapmağı tövsiyə etdilər. Əvvəlcə bunu etməliyəm. Komanda tapandan sonra rəhbərliklə müqavilə məsələmi danışacağam. Fikrimcə, transfer vərəqəmi verməkdə problem yaratmayacaqlar.
- Necə hesab edirsiniz, iddialı komandalarımızdan biri sizin xidmətinizdə maraq olacaq?
- İndi bunu deyə bilmərəm. Komandaların çoxu hazırlığa başlayıb. Bu gün-sabah bir araya gələcəklər. O zaman danışıqlara başlanıla bilər. Hər halda, agentim hər şeyi, işini yaxşı bilir və komanda tapmaqla bağlı işləri onun öhdəsinə buraxmışam. Mən indidən soruşmuram ki, nə vaxt, necə olacaq.
- Siz son vaxtlar kölgədə qalsanız da, milliləşdirildiyinizdən yerli futbolçu sayılırsınız. Yəni legioner hesab edilmədiyinizdən, klublar xidmətinizdə maraqlı olacaq...
- Əlbəttə, milliləşdirilməyim yaxşıdır. Ancaq bu, önəmli deyil. Əsas yaxşı oynamaqdır. Özümə inanıram. Ümid edirəm ki, hələ öz sözümü deyə biləcəyəm.
- 2005-ci ilin qışından fasiləsiz ölkəmizdə oynadığınızdan, burada qalmaq istəyirsiniz?
- Bəli, karyeramı Azərbaycanda davam etdirmək istəyirəm. İstəməzdim ki, ölkənizdəki karyeramı belə bitirim.
- Birdən Azərbaycanda özünüzə komanda tapa bilmədiniz. Vətəniniz Braziliyaya qayıtmaq, yaxud Avropada oynamaq perspektivinə necə baxırsınız?
- Buna indi cavab verə bilmərəm. Həyat davam edir. “Transfer pəncərəsi”nin bağlanmağına hələ xeyli vaxt var. Azərbaycanda özümə komanda tapa bilməsəm, “Bakı” rəhbərliyi ilə danışacağam.
- Birdən əvəzedici komandada oynamağı təklif etsələr, bunu qəbul edərsiniz?
- Ümid edirəm ki, özümə yeni komanda tapa biləcəyəm. Rəhbərliyin qərarına hörmətlə yanacağam. Hər halda, müqavilə ilə hələlik bu kluba məxsusam, öhdəlikləri yerinə yetirməliyəm.
- Millimizin baş məşqçisi Berti Foqts əvvəllər sizi yığmaya dəvət edirdi. Ancaq klubunuzda az oynadığınızdan, son vaxtlar cəlb olunmursunuz. Millimizə qayıdacağınıza inanırsınız?
- Bəli. Məqsədim yenidən Azərbaycan yığmasında oynamaqdır. Mən bunun üçün çalışacağam. Yaxşı məşq edib, yaxşı oynamaqla milli komandaya dəvət almaq istəyirəm.
Mehman SÜLEYMANOV

0
0