“Ona məsləhət gördüm ki, sonadək bizimlə qalsın” - FOTO
10.01.2012 - 00:01
“Komandamızın aparıcı futbolçularından olan Tural Axundov iddialı klubların diqqət mərkəzində idi. Menecerlər vasitəsilə danışıqlar gedirdi. Lakin Turalla məsələləri müzakirə etdik. Ona məsləhət gördüm ki, mövsümün sonunadək bizimlə qalsın. Bu, indiki vəziyyət üçün ən ideal variant idi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Rəvan” klubunun baş məşqçisi Vladislav Qədirov deyib.
Çempionatın ilk dövrəsində yaxşı oyunu ilə seçilən Turalın xidmətində “Bakı” maraqlı idi. Qədirov bildirib ki, onun bu variantından xəbəri olmayıb: “Yaxşı futbolçu ilə hər hansı bir klubun maraqlanması normal haldır. Amma yaddan çıxarmaq olmaz ki, onun “Rəvan”la müqaviləsi var. Mövsümün sonuna kimi bizdə oynasın, sonrasına baxarıq. Onunla “Bakı”nın maraqlanmasından xəbərim yox idi. Ümumiyyətlə, klublar bilir ki, onun sözləşməsi davam edir. Həmin futbolçu üçün mütləq kluba zəng etmək lazımdır”.

0
0