“Rəvan”da yeni simalar
10.01.2012 - 00:19
“Rəvan”da yeni simalar
İlk “altılığ”a iddiasını davam etdirən “Rəvan” transfer işlərinə start verilib. Apasport.az saytının məlumatına görə, çempionatda fasilə yaranan kimi 5 futbolçusu ilə yollarını ayıran debütant hələlik özünə tanış futbolçuları heyətə cəlb edir.

Baş məşqçi Vladislav Qədirov “Rəvan” I divizionda çıxış edərkən rəhbərliyi altında oynamış 2 futbolçuya elitada mübarizə aparmaq şəraiti yaradacaq. Bunlar Asif Zeynalovla İzzətəli Süleymanovdur.

Zeynalovun qayıdışı demək olar rəsmiləşib. Qədirov vaxtilə I divizionun bombardiri olmuş İzzətəlinin ümumi vəziyyətinə baxacaq. Çox güman ki, onu da fasilədən sonra paytaxt klubunun oyunlarında görəcəyik.