Premyer Liqamızın mükafatçısına biganə qaldılar
09.01.2012 - 17:28
Premyer Liqamızın mükafatçısına biganə qaldılar
Moldova millisinin yeni baş məşqçisinin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yığmanın ilk çalışdırıcısı kimi tarixə düşən İon Karas uzun fasilədən sonra postuna qayıdıb.

Onunla yaxın günlərdə rəsmi müqavilə imzalanacaq. İşini davam etdirməkdən imtina edən rumıniyalı Qabi Balinti əvəzləyən 62 yaşlı moldovalı mütəxəssisə ölkənin futbol federasiyasının 12 üzvü səs verib.

Digər namizədlərdən sabiq baş məşqçi İqor Dobrovolski 2 səs qazanıbsa, Bakının “İnter” klubunun moldovalı sabiq futbolçusu kimi Premyer Liqamızın gümüş medalçısı olan İon Testemitsianu isə biganə qalıblar. Belə ki, ona heç kim səs verməyib və bununla da Balintin köməkçisi olmuş keçmiş yarımmüdafiəçi adaşının məşqçilər korpusunda yer almayıb.

Qeyd edək ki, ölkəmizdə oynamış bir sıra futbolçuların yer aldığı Moldova yığması antirekordu – DÇ-1998-nin seçmə mərhələsində xal toplamamağı məhz Karasın vaxtında olub. İlk seçmə mərhələdə - Avro-1996-da isə moldovalılar onun rəhbərliyi altında 9 xalla qrupda 4-cü olublar. Karas vətənində “Nistru”, “Zimbru”, “Konstruktorul” klublarını çalışdırıb və son ikisi ilə Moldova kubokunu qazanıb.