Rauf Əliyev: Siz məndən daha çox bilirsiniz - MÜSAHİBƏ
10.01.2012 - 00:03
“Qarabağ” klubunun hücumçusu Rauf Əliyevin apasport.az saytına müsahibəsi
- Ölkə xaricində oynamaqla bağlı son vəziyyət necədir?
- Düzünü desəm, heç özüm də bilmirəm. Siz necə bilirsiniz, mən də elə.
- Sizinlə kimsə danışıbmı?
- Xeyr. Mənə deyil, menecerlərə dəvət olub. Söz-söhbət də bundan sonra başlanıb. Mən də elə xəbər tutmuşam.
- Bəlkə, menecerlər adınızdan istifadə edib, özlərini reklam edirlər?
- İnanmıram. Çünki hərə öz işi ilə məşğuldur.
- Eşitdiyimizə görə, müqavilə ilə məxsus olduğunuz “Qarabağ” sizi buraxmayacaq?
- Doğurdan? Xəbərim yoxdur. Hadisələrin necə inkişaf edəcəyini hamımız bir yerdə görəcəyik.
- Qalmaq, yoxsa getmək ehtimalınız daha çoxdur?
- Vallah, bilmirəm. Bilsəm, deyərəm. Burada gizlətməli heç nə yoxdur. Biz futbolçuyuq, ölkə xaricində oynamağımız normal haldır.
- Söz-söhbət dolaşdı ki, Belçika klubu da sizi istəyir. Bundan da xəbərsizsiniz?
- Heç birindən xəbərim yoxdur. Saytlara baxıram, görürəm müzakirə gedir. Bu məsələdə siz məndən daha çox bilirsiniz.
- Meneceriniz Musa Qurbanov bildirib ki, yaxın günlərdə Almaniya 1-ci Bundesliqa klubu sizə dəvət göndərməlidir. Bu klub hansıdır, xəbəriniz varmı?
- Eşitmişəm ki, Almaniyadan da dəvət var. Amma bu işin də dərinliyindən xəbərim yoxdur.
- Hazırda ən çox müzakirə olunan futbolçu sizsiniz. Hazırkı söz-söhbətlər sizə nə dərəcədə təsir göstərir?
- Əvvəl necə idimsə, indi də bir dəyişiklik yoxdur. Alınacaq gedəcəyəm, alınmayacaq qalacağam. Bu söz-söhbətlərin isə mənə təsiri yoxdur. Gözləmə mövqeyini tutmuşam. Getməsəm, “Qarabağ”da məşqlərimi davam etdirib, oyunlarıma çıxacağam. Dünyanın axırı deyil ki...
- Özünüz də ölkədən getməyin tərəfdarı olduğunuzu bildirmisiniz. Əgər istək varsa, bu işə niyə bu qədər soyuq davranırsınız?
- Özüm nə edə bilərəm? Peşəkar futbolçu kimi menecerim var. Nə məsləhət bilsə, onu da edəcəyəm. Klub rəhbərliyi də, baş məşqçi Qurban Qurbanov da bilir ki, mən ölkə xaricinə getmək niyyətindəyəm. Eyni zamanda onların məsləhətlərinə də qulaq asacağam. Özümü heç nə edə bilmərəm. Gedib camaatın yaxasından tutum ki, mütləq məni harasa göndərin? Belə iş tura bilmərəm. Amma ümidvaram ki, işlər yaxşılığa doğru dəyişəcək.

0
0