“Sumqayıt”ı cəlbedici təklifə dəyişdi
09.01.2012 - 17:48
“Sumqayıt”ı cəlbedici təklifə dəyişdi
“Ailə vəziyyətimlə əlaqədar Rusiyaya qayıtmağım lazım idi. Digər tərəfdən adıçəkilən ölkədən bir neçə cəlbedici təklif almağım erkən qərar verməyimə səbəb oldu”. Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın futbolçusu Eldar Məmmədov deyib.

Belə ki, debütant Rəşad Kərimov, Ramil Nuriyevin ardından Məmmədovla da müqavilə qarşılıqlı razılıq əsasında ləğv edib. “Sumqayıt”ın rəsmi saytına açıqlama verən 21 yaşlı Eldar sabiq komandasında çıxışı da dəyərləndirib: “Sumqayıt”dakı çıxışımdan razı qaldığımı deyə bilərəm. Bu komanda gələcəkdə xeyli uğurlara imza atacaq”.

Qeyd edək ki, Məmmədov “Sumqayıt”ın heyətində “Kəpəz” və AZAL-la qarşılaşmalarda qol vurub.