Ruslar AZAL-ı Antalyaya aparır
09.01.2012 - 18:27
Ruslar AZAL-ı Antalyaya aparır
Nalçik “Spartak”ı qış fasiləsində ilk təlim-məşq toplanışında keçirəcəyi yoxlama oyunlarında rəqiblərinin adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, ilk hazırlığını yanvarın 13-dən 28-dək Türkiyənin Antalya şəhərində keçirəcək Premyer Liqa təmsilçisi Azərbaycanın eyni liqasının komanda ilə də qüvvəsini sınamaq fikrindədir.

Belə ki, “Spartak” yanvarın 14-də Rusiyanın I divizion təmsilçisi “Mordoviya”, 17-də Ukraynanın Premyer Liqa təmsilçisi Zaporjye “Metallurq”u, 22-də isə AZAL və Rusiyanın I liqasının digər komandası “Ural”la oynayacağını bəyan edib. Özü də əsas heyətin Bakı təmsilçisi, 2-ci heyətin Yekaterinburq komandası ilə görüşməyi nəzərdə tutulub.

Maraqlısı odur ki, AZAL yanvarın 10-dan başlayacaq hazırlığını ölkə xaricində yox, daxilində keçirməyi qərara alıb. Belə olan halda, Nalçik klubunun belə xəbər yaymağı təzad doğurur.