Vaqif Cavadov doluya düşdü
09.01.2012 - 19:02
Azərbaycanlı futbolçu Vaqif Cavadovun oynadığı Rusiyanın “Volqa” klubu Türkiyədəki hazırlığın startında problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, Nijni-Novqorod təmsilçisi Antalyaya gələrək, oteldə yerləşəndən az sonra ilk məşqinə çıxıb və bu zaman xoşagəlməz sürprizlə üzləşib. Belə ki, yağan güclü yağış məşqin sonunda doluya çevrilib.
Futbolçular bundan sonra gündə 2 dəfə məşq rejimində çalışırlar. Artıq iqlim şəraiti də yaxşılaşıb və günəşli havanın olmağı futbolçuların əhval-ruhiyyəsini qaldırıb. Səhər məşqində qaçış hərəkətləri qruplar üzrə topla müxtəlif çalışmalarla növbələnib.

0
0