Vəli Qasımov 2 qol vurdu
10.01.2012 - 00:00
Sankt-Peterburqda FİFA-nın sabiq vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnir başa çatmaq üzrədir. Apasport.az saytının xəbərinə görə, Vəli Qasımovun baş məşqçisi olduğu 19 yaşlılardan ibarət milli komandamız bu gün Latviya ilə 11-ci yer uğrunda mübarizə aparacaq.
Yarışın başa çatması öncəsi turnirin təşkilatçıları və iştirakçı komandaların nümayəndələri arasında yoldaşlıq görüşü keçirilib. Millimizin baş məşqçisi Vəli Qasımovun da forma geyindiyi qarşılaşmada komandası qələbə qazanıb – 3:1. Qasımov oyunda dubl edib.

0
0