“Qızıl top” – Messidən het-trik!
09.01.2012 - 23:07
“Qızıl top” – Messidən het-trik!
FİFA və “France Football” jurnalının birgə təsis etdiyi “Qızıl top” mükafatının qalibi bəlli olub. Apasport.az saytının xəbərinə görə, 2011-ci ilin yekunlarına əsasən bu nüfuzlu mükafata “Barselona”nın argentinalı hücumçusu Lionel Messi sahib çıxıb.

24 yaşlı futbolçu ardıcıl üçüncü dəfədir “Qızıl top”la təltif olunur.

İsveçrənin Sürix şəhərində təşkil olunan tədbirdə Messiyə mükafatı əfsanəvi braziliyalı futbolçu Ronaldo təqdim edib.

Messinin rəqibləri isə onun “Barselona”dakı komanda yoldaşı Xavi və kataloniyalıların barışmaz rəqibi olan Madrid “Real”ının portuqaliyalı futbolçusu Kriştianu Ronaldo idi.

Ötən ilin ən yaxşı məşqçi nominasiyasında da “Barselona” fərqlənib. 2011-ci ildə komandasına İspaniya çempionluğunu, Superkubokunu, Çempionlar Liqasını və Avropa Superkubokunu qazandıran gənc çalışdırıcı Joze Mourinyo (Real) və Aleks Ferqyussonu (Mançester Yunayted) qabaqlayıb.

Xatırladaq ki, “Qızıl top” mükafatının qalibi FİFA-ya üzv milli komandaların baş məşqçiləri və kapitanlarının səsverməsi nəticəsində müəyyənləşir.