Roberto Karlos Vaqif Sadıqovun aqibəti ilə üzləşdi
10.01.2012 - 10:33
Roberto Karlos Vaqif Sadıqovun aqibəti ilə üzləşdi
Rusiyanın “Anji” klubunun yeni baş məşqçisi Yuri Krasnojan məşqçilər korpusunu tam müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı məşqçi Vaqif Sadıqovla yollarını ayıran 50 yaşlı rusiyalı mütəxəssisin köməkçiləri həmyerliləri Andrey Qordeyev, Murat İskakov, Boris Çirva və Yevgeni Stukalov olub. Bunlardan yalnız Qordeyev əvvəlki korpusda yer alaraq, baş məşqçi əvəzi idi. Qalan 3 məşqçi isə Krasnojanla Moskva “Lokomotiv”ində birgə çalışıblar. Qapıçılarla işləyən məşqçi isə Rusiyanın 21 yaşlılardan ibarət yığmasında analoji vəzifəni icra edən Vladimir Malışev təyin edilib.

Göründüyü kimi, Krasnojan məşqçilər korpusunu demək olar tam dəyişdirib və dünya şöhrətli braziliyalı futbolçu Roberto Karlosu da köməkçisi kimi saxlamayıb. Ötən qış “Anji”yə transfer olunaraq, dərhal kapitan sarğısını etibar olunan 39 yaşlı dünya çempionu Qordeyev komandanın “sükanı arxası”na gətirilən zamanı oynayan məşqçi oldu. Ancaq Karlos Sadıqov kimi skamyada otururdu, yeni kapitan isə digər məşhur futbolçu, “İnter”dən alınan kamerunlu hücumçu Samuel Eto’O seçildi. Göründüyü kimi, Karlos da milli komandamızın 53 yaşlı sabiq baş məşqçisi ilə eyni aqibətlə üzləşdi.