Fair Play sahibini tapdı
10.01.2012 - 10:39
Fair Play sahibini tapdı
Yaponiya Futbol Federasiyası FİFA-nın xüsusi mükafatına layiq görülüb. Apasport.az saytının məlumatına görə, 2011-cü ilin ən yaxşılarının mükafatlandırılması mərasimində asiyalılara Fair Play mükafatı təqdim olunub. Yaponiyalıların ötən ilki fəaliyyətini nəzərə alan dünya futbol qurumu onlara ədalətli oyun prinsiplərinə əməl etdiyi üçün mükafatlandırıb. Bununla da yaponiyalıların tədbirdə qazandığı mükafatların sayı 3-ə çatıb. Belə ki, Homare Sava ən yaxşı qadın futbolçu, Norio Sasaki ən yaxşı qadın komandası məşqçisi adına layiq görülüb.