2012-ci ilə 12-ci yerlə - YENİLƏNİB
10.01.2012 - 15:52
2012-ci ilə 12-ci yerlə - YENİLƏNİB
Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq ənənəvi turnirə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, baş tutacaq 6 final qarşılaşmasından sonra iştirakçılar 1-12-ci yerlər üzrə mövqelərini biləcək.

1994-cü il təvəllüdlülər arasında keçirilən yarışda ölkəmizi təmsil edən Azərbaycan millisi (U-19) isə turnirdə çıxışını başa vurub. Qrupdakı 2 qarşılaşmadan sonra (Finlandiya – 0:7, Sankt-Peterburq – 2:1) sonuncu yeri tutaraq, 9-12-ci yerlər uğrunda mübarizə aparan Vəli Qasımovun yetirmələri sonuncuların mübarizəsində də sonuncu olub.

Əvvəl penaltilər seriyasında Litvaya uduzan (1:1, penaltilər seriyası 6:7) millimiz 11-ci yer uğrunda qarşılaşmada Latviyaya da məğlub olub – 1:2. Qarşılaşmanın gedişində hesabı bərabərləşdirən yığmamız 81-ci dəqiqədə azlıqda qaldıqdan sonra həlledici qolu buraxıb.

Beləliklə, Azərbaycan yığmaları üçün ilk turnir olan yarışda futbolçularımız 12 komanda arasında 12-ci olublar.

11-ci yer uğrunda
AZƏRBAYCAN – LATVİYA - 1:2
“Zenit” İdman Oyunları Sarayı