Messi paxıllıq etmədi: Mükafatı Xavi ilə bölüşmək istərdim
10.01.2012 - 10:52
“Həyatımda 3-cü dəfə olan bu mükafatı qazanmaq mənim üçün xüsusi həzzdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri ardıcıl 3-cü dəfə dünyanın ən yaxşı futbolçusu seçilən “Barselona”nın argentinalı hücumçusu Lionel Messi deyib. 25 yaşlı bombardir dünyanın ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatını FİFA-nın İsveçrənin Sürix şəhərində keçirdiyi təqdimetmə mərasimində aldığı zamanı təəssüratlarını bölüşüb.
Messi paxıllıq etməyərək, mükafatı ispan komanda yoldaşı, sorğuda 3-cü olan Xavi Ernandeslə bölüşüb: “Mənə səs verənlər insanların hamısına, dostlarıma, “Barselona”dan yoldaşlarıma minnətdarlıq edirəm. Bu, mənim üçün xüsusi mükafatdır və onu Xavi ilə bölüşmək istərdim. Çünki mən onunla bir komandada oynayıram. Xavi olmadan “Qızıl topu” qazanmaq mənim üçün çətin olardı”.

0
0