Foqtsdan siftə, Sadıqovdan dubl
10.01.2012 - 11:00
Foqtsdan siftə, Sadıqovdan dubl
Ötən il dünyanın ən yaxşı futbolçu ilə bağlı sorğunun nəticəsi Azərbaycan milli komandasının tarixinə düşdü. Apasport.az saytının məlumatına görə, səsvermədə iştirak edən millimizin baş məşqçisi Berti Foqtsla kapitanı Rəşad Sadıqovun hər ikisi ilk dəfə qalibi düz tapdılar. Bu, ardıcıl 3-cü dəfə “Qızıl top”u qazanan “Barselona”nın argentinalı hücumçusu Lionel Messi olub.

Bununla da 2008-ci ilin aprelindən yığmamızın “sükanı arxası”nda olan Foqts nəhayət, qalibi düz taparaq, siftə etdi. 66 yaşlı almaniyalı mütəxəssis əvvəlki sorğularda digər hücumçular - ispaniyalılar David Vilya ilə Fernando Torres, uruqvaylı Dieqo Forlana 1-ci yerdə səs vermiş və onların heç biri qalib olmamışdı. Rəşad isə 2009-cu ildə Messini ən yaxşı göstərmişdi ki, 25 yaşlı argentinalının het-triki həmin vaxtdan başlayıb. Sadıqov 2008-ci ildə Torresi, 2010-cu ildə hollandiyalı yarımmüdafiəçi Uesli Sneyderi 1-ci yerdə göstərmişdi. 30 yaşlı kapitanımız düz tapmayanda portuqaliyalı hücumçu Kriştianu Ronaldo ilə Messi qalib oldu.

Mehman SÜLEYMANOV