“Zenit”in baş məşqçisi azərbaycanlılara qiymət verdi
10.01.2012 - 11:40
“Əlbəttə, Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə öz futbolçuları xüsusi diqqətlə izləyirəm. Üstəlik, bu il yarışda şəhərimizin Sankt-Peterburqun yığması da çıxış edir. “Zenit”in 2 futbolçusu isə Azərbaycan milli komandasının heyətində yer alıb”. Apasport.az saytının məlumatına görə, bunu Rusiyanın “Zenit” klubunun əvəzedici komandasının baş məşqçisi Anatoli Davıdov deyib.
Sankt-Peterburq təmsilçisinin əsas komandasının da vaxtilə baş məşqçisi olan təcrübəli mütəxəssis 19 yaşlılardan ibarət yığmamızın çıxış etdiyi Valentin Qranatkinin xatirəsinə həsr olunmuş ənənəvi turnir haqda fikirlərini bölüşüb. Davıdov milli komandamızda çıxış edən “Zenit”in yetirmələri Tural Hümbətovla Azər Abbasova da qiymət verib: “Hər ikisi pis təsir bağışlamırdılar. Hərçənd, Azər meydanda daha az oldu. Ancaq bu yaşda hər şey normaldır”.
Hümbətovla Abbasov hələ Azərbaycan 21 yaşlılardan ibarət milli komandasında çıxış etmədiklərindən nəzəri olaraq, Rusiya yığmasında oynaya bilərlər. Davıdov bu 2 futbolçumuzun öz millilərinə cəlb etmək perspektivlərinə də toxunub: “Bilirsiniz, burada hər şeydən öncə futbolçuların öz istəyi vacibdir. Hər şey məhz bundan asılıdır. Mən sadəcə olaraq, bu sxemi bilmirəm. Axı, bizdə ikili vətəndaşlıq qadağa olunub. Bundan əlavə, bir məsələ də ondadır ki, onların ustalıq səviyyəsi Rusiya yığmasında oynamağa imkan verəcək? Ona görə də hesab edirəm ki, hazırkı mərhələdə komandamızda daha güclü futbolçular oynayır”.
Qeyd edək ki, 19 yaşlılardan ibarət yığmamız bu gün Valentin Qranatkinin xatirəsinə həsr olunmuş ənənəvi turnirdə sonuncu olmamaq üçün Latviya futbolçuları ilə qarşılaşacaq.

0
0