AZAL-ın hücumçusu 10-cu yerdə
10.01.2012 - 12:11
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2011-ci ildə başa çatan milli çempionatların ən yaxşı bombardirlərinin yekun siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, güclülər dəstəsində ən azı 20 qol vuranların yer aldığı cədvəldə 64 futbolçu qərarlaşıb.
Estoniyanın “Trans” klubunda çıxış edən Aleksandr Çekulayev 46 qolla dünyanın ən məhsuldar futbolçusu olub. O, İspaniya “Real”ın portuqaliyalı ulduzu Kriştianu Ronaldonu 6, “Barselona”nın argentinalı legioneri Lionel Messini 15 qol qabaqlayıb.
“Fənərbaxça”da 28 qol vuran braziliyalı Aleks 5-ci yeri tutub. Hazırda AZAL-da çıxış edən Georgi Bogiu ötən mövsüm Moldova “Milsami”sində vurduğu 26 qolla dünyanın 10-cu bombardiri olub.
Hər matçda orta hesabla 1,314 qol vuran Çekulayev bu göstəricidə də 1-cidir. Ronaldo 1,250 ilə 2-ci, Bolqarıstanın “Levski” komandasında çıxış edən malili Qara Dembele 1,083 ilə 3-cüdür. Messinin orta məhsuldarlığı isə 1-ə bərabərdir.

0
0