Sergey Yuran yaxşı tanıdığı komanda ilə görüşəcək
10.01.2012 - 14:12
“Simurq”un Türkiyədə təlim-məşq toplanışında ilk rəqibi müəyyənləşib. Klubun icraçı-direktoru Vaqif Əliyev apasport.az saytına açıqlamasında bildirib ki, son mövsümdə Qazaxıstanın Premyer Liqasında çıxış edən “Kaysar”la oynayacaqlar: “Artıq bu komanda ilə matç dəqiqləşib. Antalya toplanışımızda öncə yanvarın 21-də “Kaysar”la oynayacağıq. Orada 3 matçımız nəzərdə tutulub. Digər 2 oyun yanvarın 27-də 31-də olacaq. Ancaq hələ rəqiblər bilinmir. Yanvarın 31-də gecə vətənə qayıdacağıq”.
“Simurq” yanvarın 14-də bir araya gələrək, Türkiyəyə yollanacaq. Hazırda Moskvada olan komandanın rusiyalı baş məşqçisi Sergey Yuran oradan birbaşa Antalyaya gələcək.
Qeyd edək ki, “Kaysar” ötən mövsümün yekununa görə sonuncu – 12-ci yeri tutaraq, I diviziona düşüb. Yuran “Simurq”a qədər sonuncu iş yeri Astananın “Lokomotiv” klubu olduğundan, “Kaysar”ı orada görüşdüyü vaxtdan yaxşı tanıyır.
Mehman SÜLEYMANOV

0
0