Qazaxıstan çempionu Premyer Liqamızın autsayderini seçdi
10.01.2012 - 14:16
Qazaxıstanın son çempionu “Jetısu” Türkiyədəki təlim-məşq toplanışında keçirəcəyi yoxlama oyununda bütün rəqiblərini müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın son qalibi 4 matçından birini “Sumqayıt”la keçirəcək. Bu, yanvarın 19-da olacaq. Özü də “Jetısu” Antalyadakı hazırlığının ilk mərhələsini Premyer Liqamızın autsayderi ilə oyunla bitirəcək.
0
0