“Xəzər Lənkəran”ın ilk transferi Malidən oldu
10.01.2012 - 15:10
"Xəzər Lənkəran" klubu qış fasiləsində ilk transferini reallaşdırıb. Bu barədə apasport.az saytına komandanın vitse-prezidenti Tuyqun Nadirov məlumat verib. O bildirib ki, malili futbolçu Tounkara Sadio ilə anlaşma əldə olunub.
Nadirov baş məşqçi Cüneyt Biçər və komandanın rəisi Səməd Mustafayevin Maliyə 3 futbolçunun transferi üçün getdiyini və artıq bir oyunçu ilə anlaşdıqlarını vurğulayıb.
Sadionun son matçını izləyən komandanın baş məşqçisi afrikalı futbolçunun oyunu bəyənib və onunla münasibətlərini rəsmiləşdirmək qərarına gəlib. Bununla da, yarımmüdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb.

0
0