Elxan Məmmədov: Vəli Qasımovdan hesabat tələb olunacaq
10.01.2012 - 17:14
“Komandamızın real gücündən lazımi səviyyədə istifadə edə bilməməsi və bütün rəqiblərinə məğlub olması, bizi son dərəcə məyus edir”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Baş katib AFFA-nın rəsmi saytına açıqlamasında Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə çıxış edən U-19 yığmamızın sonuncu yer tutmasına münasibət bildirib: “Bildiyiniz kimi komandamız 4-cü ildir ki, bu turnirdə iştirak edir. Yaşar Vahabzadənin rəhbərliyi altında 2009-cu ildə 7-ci yeri tutan komandamız 1 il sonra Bernard Lippertin rəhbərliyi sayəsində 5-ci yeri qalxmışdı. Vəli Qasımovun rəhbərliyi altında isə ötən il 7-ci pilləyə düşən komandamız bu il turniri sonuncu yerdə başa vurdu. Bununla əlaqədar komandanın baş məşqçisinin hesabat tələb olunacaq və komanda üzləri ilə görüş keçiriləcək”.
Qeyd edək ki, millimiz 12 komanda arasında 12-ci yeri tutub.

0
0